Azərbaycan cüdoçusu Hüseyn Rəhimli tələbələrin 28-ci Yay Universiadasında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Hüseyn Rəhimli tələbələrin 28-ci Yay Universiadasında bürünc medal qazanıb. Bu, Azərbaycan idmançılarının Koreya Respublikasının Kvancu şəhərində keçirilən universiadada qazandıqları ilk medaldır.

Hüseyn Rəhimli (73 kq) ilk görüşdə 1/16 final mərhələsində yapon rəqibi Yuji Yamamotoya cərimə xalları ilə məğlub olub. Rəqibinin yarımfinala çıxması cüdoçumuza bürünc medal uğrunda mübarizəni davam etdirmək imkanı yaradıb. Bu imkandan uğurla istifadə edən Hüseyn Rəhimli təsəlliverici görüşlərdə Eduard Nikolaeskuya (Rumıniya), Vaçlav Sedmidubskiyə (Çex Respublikası), İqor Pereyraya (Braziliya) və Kamoliddin Rasulova (Özbəkistan) qalib gələrək bürünc medal uğrunda döyüşmək hüququ qazanıb. İdmançımız həmin görüşdə rusiyalı Zelimxan Ozdoev ilə qarşılaşıb. Gərgin idman mübarizəsində keçən görüşdə cüdoçumuz ipponla təmiz qələbə qazanaraq universiadanın üçüncüsü olub.

AZƏRTAC

Xəbər 1003 dəfə oxundu.