ABŞ-ın qadınlardan ibarət futbol yığması Dünya çempionatının qalibi olub
ABŞ-ın qadınlardan ibarət futbol yığması Kanadada keçirilən Dünya çempionatının qalibi olub.

Vankuver şəhərində baş tutan finalda Yaponiya millisi üzərində 5:2 hesablı qələbə qazanan amerikalılar tarixdə 3-cü dəfə bu titula yiyələniblər.

Bundan əvvəl onlar 1991 və 1999-cu illərdə dünya kubokunu başları üzərinə qaldırıblar.

Xəbər 730 dəfə oxundu.