Azərbaycanın cüdoçusu yeniyetmələr arasında Avropa çempionu adını qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı davam edir.

Yarışın ilk günündə 40 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Şəhanə Hacıyeva ukraynalı Alla Bexeba və Böyük Britaniya təmsilçisi Cemi Leq Vaytakerə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda görüşdə rumıniyalı Lidiya Marini məğlub edərək Avropa çempionu adını qazanıb.

Digər cüdoçumuz İsmayıl İbrahimov (60 kq) isə yarışı bürünc medalla başa vurub. İyulun 5-dək yekun vurulacaq turnirdə 41 ölkədən 469 cüdoçu birincilik uğrunda mübarizə aparır.

Xəbər 908 dəfə oxundu.