Topaz Premyer Liqasının debütantından növbəti transfer
Yeni mövsümdən Topaz Premyer Liqasında çıxış edəcək “Zirə” futbol klubu daha bir transferini rəsmiləşdirib.

Komanda “Neftçi”nin yetirməsi Mirkamil Haşımlı ilə üçillik müqavilə imzalayıb.

“Zirə” heyətini Rəşad Abdullayev, Kamal Bayramov, Aleksandr Şemonayev, Təmkin Xəlilzadə, Viktor İbekoyi (hamısı AZAL), Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov (hamısı “Qəbələ”, icarəyə), Hacı Əhmədov ("Qarabağ"), İlqar Hüseynov ("Simurq"), Ruslan Tağızadə ("Qəbələ") və Ruslan Cəfərovla ("Xəzər-Lənkəran") gücləndirib.

Xəbər 760 dəfə oxundu.