Şahmat Avropa Oyunları proqramına daxil edilə bilər
Rusiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Aleksandr Jukov hesab edir ki, şahmat Avropa Oyunlarının yarış proqramına daxil edilə bilər.

O deyib: "Mən artıq çoxdan şahmatın Olimpiya proqramına daxil edilməsinə çalışıram. Onun Avropa Oyunları proqramına daxil edilməsi ideyası da pis fikir deyil, çünki idmanın qeyri-olimpiya növləri üzrə Bakıda keçirilmiş yarışlar, zənnimcə, tamaşaçılarda maraq oyatdı. Çimərlik futbolunu və stritbolu misal göstərmək olar".

Növbəti Avropa Oyunları dörd ildən sonra keçiriləcək. Yarışları qəbul edəcək ölkə hələ müəyyən edilməyib.

Xəbər 894 dəfə oxundu.