Qadın voleybolçulardan ibarət Azərbaycan klublarının Çempionlar Liqası yarışlarındakı rəqibləri müəyyənləşib
Qadın voleybolçulardan ibarət Azərbaycan klublarının Çempionlar Liqası yarışlarındakı rəqibləri müəyyənləşib.

Mötəbər yarışda ölkəmizi “Telekom”, “Lokomotiv” və “Azərreyl” komandaları təmsil edəcək.

Vyanada keçirilən püşkatmanın nəticələrinə əsasən, “Azərreyl” və “Lokomtiv” komandaları “A” qrupunda yer alıb. Bakı təmsilçiləri “Alyans Ştutqart” (Almaniya) və “Dinamo” (Kazan) komandaları ilə birgə eyni qrupda mübarizə aparacaqlar.

Digər təmsilçimiz “Telekom” isə “E” qrupunda yarışacaq. Komandamız qrupda “Drezdner” (Almaniya), “İmpel” (Polşa) və “Fənərbağça” (Türkiyə) komandaları ilə qarşılaşacaq.

Xəbər 694 dəfə oxundu.