İtaliyanın ““OA sport” idman saytı Azərbaycan atletlərinin uğurlarından yazır
İtaliyanın “OA sport” idman saytında Azərbaycan atletlərinin ilk Avropa Oyunlarındakı böyük uğurlarından bəhs edən yazı yerləşdirilib.

Yazıda qeyd olunur ki, ilk Avropa Oyunlarının ən önəmli məqamlarından biri də şübhəsiz ev sahibi ölkə Azərbaycanın medal sıralamasına görə 2-ci yerdə qərarlaşması oldu. Bu uğuru bir neçə amillə izah etmək olar. Belə ki, Azərbaycanda idman sürətlə inkişaf edən bir sahədir. Bu ölkə 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq idman tədbirlərində uğurla təmsil olunmağa başlayıb. Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı nəticələrinə nəzər yetirsək getdikcə artan bir dinamikanın şahidi olarıq. Hər dörd ildən bir Azərbaycan Olimpiya Oyunlarında qazandığı medalların sayını çoxaldır.

Müəllif vurğulayır ki, ilk Avropa Oyunları kimi önəmli bir tədbiri təşkil etməklə Azərbaycan bir daha idman sahəsinə olan böyük marağını nümayiş etdirmiş oldu. Gələcəkdə də bu ölkə mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə hazırlaşır.

AZƏRTAC

Xəbər 2025 dəfə oxundu.