XL Türkiyə və İran klubları ilə yoxlama oyunları keçirməyə hazırlaşır
"Xəzər Lənkəran" Türkiyədəki təlim-məşq toplanışını davam etdirir. Cənub klubu burada beş yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.

Potensial rəqiblər tam müəyyənləşdirilməsə də, "ağ-yaşıllar" İran və Türkiyə klubları ilə qarşılaşmaq üçün danışıqlar aparır. Sınaqçı rəqiblərin adları və tarixlər dəqiqləşdirilir.

Xəbər 839 dəfə oxundu.