Tennis üzrə yüksək nəticələr göstərən bir qrup idmançı mükafatalndırılıb
Bakı Tennis Akademiyasında “Öz sağlamlığına, gələcəyinə, rifahına yox demə!” devizi altında altıncı ənənəvi tennis festivalı keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Jalə Əliyeva Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb. Bakıda və respublikamızın bütün rayonlarında yeni idman komplekslərinin inşa edildiyi, gənc idmançılar üçün hər cür şəraitin yaradıldığı xüsusi vurğulanıb.

“Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin direktoru Qiyas Nəcəfov və başqaları çıxış edərək gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, sağlam həyat tərzi keçirmələri, istedadlarını nümayiş etdirmələri istiqamətində görülən işlərdən danışıblar. Hər il təşkil edilən belə idman tədbirlərinin əhəmiyyəti qeyd olunub.

Sonda 2014-2015-ci tədris ilində tennis idman növü üzrə yüksək nəticələr göstərmiş bir qrup idmançıya diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 1811 dəfə oxundu.