"Kəpəz"də yeni oyunçular

Yeni mövsümdən Premyer Liqamızda mübarizə aparacaq “Kəpəz” klubu heyətini daha üç futbolçu ilə gücləndirib.

Bu barədə baş məşqçisi Şahin Diniyev məlumat verib. Gəncə təmsilçisi AZAL-dan Şəhriyar Rəhimov və Kərim Diniyevi, Bakı “İnter”indən isə gənc qapıçı Əyyub Əliyevi heyətinə cəlb edib. Hər üç futbolçu ilə bir illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 22 yaşlı müdafiəçi Kərim Diniyev Şahin Diniyevin oğludur.

Xəbər 779 dəfə oxundu.