FIDE-nin 01 iyul 2015-ci ilə olan reytnq cədvəli
Beynəlxalq şahmat Federasiyası iyul ayının 01-nə olan şahmatçıların reytinq siyahisini açıqlayıb.

Ölkələrin reytinq cədvəlində Azərbaycan 163 ölkə arasında 14-cü pillədədir.

Dünyanın ilk 100 ən güclü şahmatçıları arasında 2 həmyerlimiz yer alıb. Təmsilçilərimizdən ən yüksək reytinqə malik Teymur Rəcəbov 2738 əmsalla 3 pillə irəliləyərək 19-cu, Şəhriyar Məmmədyarov isə 1 pillə irəliləyərək 2735 əmsalla 22-ci pillədə qərarlaşıb.

Sürətli şahmat üzrə Dünyanın ən güclü şahmatçıları siyahısında beynəlxalq qrossmeystr Şəhriyar Məmmədyarov 2784 əmsalla 11-ci, Teymur Rəcəbov 2741 əmsalla 22-ci,Rauf Məmmədov isə 2667 əmsalla 67-ci pillədədir.

Blits üzrə isə beynəlxalq qrossmeyster Teymur Rəcəbov 2808 əmsalla ilk onluqdadır. Rauf Məmmədov 2777 əmsalla 15-ci ,Şəhriyar Məmmədyarov 2749 əmsalla 24-cü, Qədir Hüseynov isə 2672 əmsalla 62-ci yerdədir.

Beynəlxalq qrossmeyster Günay Məmmədzadə (2320 əmsal), beynəlxalq usta Ülviyyə Fətəliyeva ( 2306 əmsal) beynəlxalq usta Səbinə İbrahimova ( 2271 əmsal),ustalığa namizəd Nərmin Məmmədova (2233 əmsal) və FİDE ustası Aydan Höccətova (2202 əmsal) 100 ən güclü şahmatçı qizlarin siyahisinda yer alıblar.

Oğlanlar arasında beynəlxalq qrossmeysterlər Nicat Abasov və Ülvi Bacarani 100 ən güclü gənc şahmatçılar siyahısındadır


Xəbər 859 dəfə oxundu.