Atletiko Arda Turana əvəz tapdı
Ukrayna yığmasının futbolçusu Yevgeniy Konoplyanka yaxın müddətdə Atletiko ilə müqavilə imzalayacaq. Bu barədə FcDnipro.com məlumat verib.

Dünən Dneprlə müqaviləsi bitən 25 yaşlı futbolçu artıq bir neçə gündür ki, Madridin bahalı rayonu olan La Moraleydə yaşayır.

Məlumata görə Atletikoda Konoplyanka Çelsiyə keçməyə yaxın olan Arda Turanı əvəz edəcək.

Bir müddət əvvəl futbolçunun Tottenhemlə razılığa gəldiyi yazılsa da, bu rəsmi təsdiqini tapmadı.

Xəbər 716 dəfə oxundu.