CAS "Xəzər-Lənkəran"ın etirazına gələn həftə baxacaq
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) "Xəzər Lənkəran"ın transfer qadağı isə bağlı iclasını təxirə salıb. Klubdan verilən məlumata görə, iclas öncədən planlaşdırıldığı kimi, iyunun 30-da, yəni bu gün baş tutmayacaq.

Həmin tədbir iyul ayının 31-nə təxirə salınıb. Bu, artıq CAS tərəfindən atılan beşinci belə addımdır. Aprel ayından bəri qərarın verilməsi təxirə salınır.

2011-ci ildə "Xəzər Lənkəran”a baxışa gələn Veldin Muharremoviç "ağ-yaşıllar”da debüt etmədən yola salınıb. Bosniya və herseqovinalı oyunçu daha sonra cənub klubundan FİFA-ya şikayət edib. FİFA isə məsələ ilə bağlı son qərarında "Xəzər Lənkəran"a cərimələri ödəməsini bildirib və kluba qış və yay ayları üçün transfer qadağası qoyulub. Buna etiraz olaraq isə Lənkəran təmsilçisi Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Qeyd edək ki, əsasnaməyə görə, transfer pəncərəsi bağlandıqdan sonra klub istənilən sayda sərbəst transfer hüququna malik olan futbolçunu heyətinə qata bilər.

Xəbər 720 dəfə oxundu.