“TRT AVAZ”: Bakıda keçirilən ilk Avropa Oyunları türk dünyasının qürur mənbəyinə çevrildi
“TRT AVAZ” kanalı “Bakı-2015” ilk Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı daha bir veriliş yayımlayıb.

İyunun 30-da efirə gedən verilişdə ilk Avropa Oyunları ilə bağlı maraqlı süjetlər nümayiş etdirilib. Beynəlxalq idman ictimaiyyətinin bu Oyunlara olan marağından söhbət açılıb.

“Bakı-2015”in yüksək peşəkarlıqla təşkili, möhtəşəm açılış və bağlanış mərasimləri barədə ətraflı məlumat verilən reportajda bildirilib ki, ilk Avropa Oyunları türk dünyasının qürur mənbəyinə çevrilib. Gələcəkdə keçiriləcək mötəbər idman yarışlarında birinci Avropa Oyunlarının təcrübəsindən istifadə olunacaq.,

AZƏRTAC

Xəbər 1877 dəfə oxundu.