Məktəblilər arasında Avropa Çempionatı
Türkiyənin Konya şəhərində keçirilən 7-17 yaşlı məktəblilər arasında Avropa Çempionatında 5-ci turun oyunları yekunlaşıb .Çempionatda ümumilikdə 670 şahmatçı mübarizə aparır. Ölkəmizi müxtəlif yaş qruplarında 35 şahmatçı təmsil edir. Təmsilçilərimizin yarışda uğurla çıxışı davam edir.

5 turdan sonra 7 yaşlı oğlanlar arasında həmyerlimiz, Emin Əhmədov 5 oyundan 5 xal toplayaraq liderdir. Nicat Mansurov isə 4 xalla 3-8-ci yerləri yerləri bölüşdürərək, əlavə göstəricilərə görə 5-ci yerdədir. Eyni yaş qızların çempionatında isə Qönçə Səfərova 4 xal toplayaraq ilk beşlikdə qərarlaşıb.

9 yaşlı oğlanların çempionatında təmsilçimiz , Süleyman Süleymanlı 4.5 xal toplayaraq 4-cü yerdədir.Alperen Kanlı və Sənan Xudiyev isə 4 xal toplayaraq 5-6-cı yerləri bölüşdürür.Fərhad Məmmədəliyev də 4 xal toplayaraq ilk onluqdadır.

Xəzər Babazadə 11 yaşlı oğlanların çempionatında 5 oyundan 5 xal toplayaraq vahid liderdir.Vüqar Manafov,Fərid Mustafayev, Altay Eynullayev və Atilla Eynullayev 4 xal toplayaraq 5-9-cu yerləri bölüşdürürlər.

13 yaşlı məktəblilər arasında mübarizə aparan Kənan Qarayeyev liderdən yarım xal az toplayaraq 4.5 xalla 2-ci pillədədir.Eyni yaş qızların çempionatında Aytac Heydərova 4.5 xalla zirvənin yeganə sahibidir.

Səid Rəfili 15 yaşlı məktəblilər arasında aktivinə 3.5 xal yazaraq 5-ci yerin sahibidir.İradə Əhmədova 3.5 xalla eyni yaş qızlar arasında 3-5-ci yerləri bölüşdürür.

17 yaşlı oğlanların çempionatında Qulam Məmmədli 3 xal toplayaraq 10-cu pillədə qərarlaşıb.

Yarış isveçrə sistemi ilə 9 turdan ibarət keçirilir.Çempionat iyulun 3-də başa çatacaq.

Xəbər 752 dəfə oxundu.