"Sumqayıt" FK "Kəpəz" və AZAL-la qarşılaşacaq
"Sumqayıt" Futbol Klubu 2015/2016-cı illər mövsümü üçün hazırlığın ilk mərhələsinə iyulun 1-də start verəcək. Komanda gündə iki dəfə olmaqla "Kapital Bank Arena"da məşq edəcək.

Bu müddət ərzində komanda 3 yoxlama matçı keçirəcək. İlk olaraq iyulun 4-də "Kəpəz"lə "Dalğa Arena"da üz-üzə gələcək.

"Sumqayıt" FK növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək. Həmin görüş isə "Kapital Bank Arena"da oynanılacaq. Digər rəqib barəsində isə dəqiqləşdirildikdən sonra məlumat veriləcək.

Xəbər 908 dəfə oxundu.