Azərbaycan idmançılarına veriləcək pul- 8 milyon 5 min
Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına ümumilikdə 8 milyon 5 min manat pul mükafatı ödəniləcək.


Avropa Oyunlarında Azərbaycan 56 medal qazanıb (21 qızıl, 15 gümüş, 20 bürünc) .

Prezident İlham Əliyevin sərəncamı ilə qızıl medalçılara və onların şəxsi məşqçilərinə 3 milyon 450 min manat, gümüş medalçılara və onların məşqçilərinə 1 milyon 895 min manat, bürünc medalçılara və onların məşqçilərinə isə 2 milyon 660 min manat veriləcək.

“Bakı-2015” I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 100 min manat prezident, 50 min manat Milli Olimpiya Komitəsi, onun məşqçisinə 50 min manat prezident, 25 min manat Milli Olimpiya Komitəsi mükafat verəcək.

II yeri tutanlar 50 min və 30 min, onun məşqçisi 40 min və 15 min;

Üçüncü yeri tutan idmançı 30 min və 20 min, məşqçisi 15 min və 10 min pul mükafatı alacaq.

Qeyd edək ki, Avropa Oyunlarında birinci yeri 164 medalla (79-40-45) Rusiya, üçüncü yeri 47 medalla (18-10-19) Böyük Britaniya yığması qazanıb.

Xəbər 1922 dəfə oxundu.