"Qarabağ" futbol klubu Avstriya, Rumıniya və Rusiya komandaları ilə qarşılaşacaq
Ağdamın "Qarabağ" futbol klubu Avtsriyada təlim-məşq toplanışını davam etdirir.

Hazırlıq prosesi çərçivəsində komandamız 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

"Qarabağ" komandası iyunun 30-da Avstriya təmsilçisi "SV Horn", iyulun 3-də Rumıniyanın "Styauya", dörd gün sonra isə Rusiyanın "Lokomotiv" (Moskva) klubu ilə qarşılaşacaq.

İyulun 8-də Azərbaycana qayıdacaq komanda bir həftə sonra Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsində Monteneqronun "Rudar" kollektivini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Xəbər 830 dəfə oxundu.