"Xəzər-Lənkəran" 7 legioneri baxışdan keçirəcək
Mövsümlərarası yay fasiləsində təlim-məşq toplantısına start verən "Xəzər Lənkəran” eyni zamanda transfer çalışmalarını da davam etdirir. Komandanın düşərgəsinə yaxın günərdə öncədən gözlənildiyi kimi üç yox yeddi yeni futbolçu qoşulacaq.

Üç (Qana əsilli) Afrikalı futbolçu ilə yanaşı, iki braziliyalı, bir Serb və bir Rumın futbolçu da komandanın düşərgəsinə təşrif buyuracaqlar. Onlardan ikisi ilə bir başa müqavilə bağlanacağı gözlənilsə də qalanlarının baxışdan keçəcəkləri deyilir. Və yalnız Yunis Hüseynovun yekun sözündən sonra həmin legionerlərlərin taleyinə aydınlıq gələcək.

Xəbər 782 dəfə oxundu.