“Bakı” cənubluların növbəti futbolçusunu ələ keçirir
Julius Vobayın “Xəzər Lənkəran”ı tərk edə biləcəyi ilə bağlı xəbərlər dolaşmaqdadır. İdman.com az saytı xəbər verir ki, fanat.az-a məlumat verən mənbə, Sierra Leonedən olan futbolçunun “Bakı” klubu ilə danışıqlar apardığını bildirib. Həmin səbəbdən hücumçu “Xəzər Lənkəran”ın Antalya toplanışına qatılmayıb.

“Ağ-göylər” artıq xəbəri təsdiqləyib. Klubun Marketinq və Mətbuat Departamentinin rəhbəri Nəriman Mehdiyev transferin mümkün olduğunu bildirib: “Bildiyimə görə, Vobayın “Xəzər Lənkəran”la müqaviləsi başa çatıb. Onun transferi mümkündü. Bu barədə Zeynal Məmmədov ətraflı məlumat verə bilər”.

Xəbər 890 dəfə oxundu.