Ukraynalı atlet: “Bakı-2015”in təşkilatçılığı ən yüksək qiymətə layiqdir
Birinci Avropa Oyunlarının bürünc medalçısı, ukraynalı boksçu Aleksandr Xijnyak “Bakı-2015”lə bağlı təəssüratlarını bölüşüb.

Boksçu ilk dəfə keçirilən Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

“Boks turnirini dəyərləndirmək lazım gəlsə demək istəyirəm ki, bu, ən yüksək qiymətə layiqdir. Burada iştirak edən idmançılar kifayət qədər güclüdür. Hər birinin özünə uyğun potensialı var. Doğrudur, mən qızıl medala iddialı idim, amma alınmadı. Bununla belə, əsas odur ki, medal qazandım. Birinci Avropa Oyunlarının qalibi olduğum üçün çox sevinirəm”, - deyə ukraynalı atlet bildirib.

Xəbər 772 dəfə oxundu.