Boksçu Elvin Məmişzadənin finaldakı rəqibi İtaliya idmançısı olacaq [YENİLƏNİB]
Yarışda 52 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanan Avropa çempionatının bürünc mükafatçısı Elvin Məmişzadənin bu mərhələdəki rəqibi İtaliya boksçusu Vinçenzo Pikardi olacaq. V.Pikardi yarımfinalda slovakiyalı Vilyam Tankonu mübarizədən kənarlaşdırıb.

13:54

Yarışda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə yarımfinalda almaniyalı rəqibi Hamza Tuba üzərində 3:0 hesabı ilə qələbə qazanaraq adını finala yazdıran ikinci Azərbaycan boksçusu olub.

Onun bu mərhələdəki rəqibi slovakiyalı Vilyam Tanko və italiyalı Vinçenzo Pikardi görüşünün qalibi olacaq.


13:49

Aişə Qurbanlı (48 kq) səkkizdəbir finalda italiyalı Valentina Moskatta, Kifayət Qasımova (57 kq) isə ilk görüşündə serbiyalı Yovana Roqiçə məğlub olublar.

13:38

Qadınlar arasında günün ikinci yarımfinal görüşündə İtaliya idmançısı Valentina Alberti (60-64kq) polşalı Aneta Rigielskanı, Rusiya boksçusu Anastasiya Belyakova isə Böyük Britaniya təmsilçisi Sandi Rayanı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıblar.

Yarımfinal görüşlərini arenada Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər izləyiblər.

13:21

Qadın boksçuların mübarizəsində 51-54 kiloqram çəki dərəcələrində finalçılar müəyyənləşib.

Yarımfinalda Azərbaycan idmançısı Anna Əlimərdanovanı məğlub edən rusiyalı Yelena Savaleva qızıl medal uğrunda döyüşdə italiyalı Marzia Davide ilə qarşılaşacaq.

12:49

Günün ilk qarşılaşmasında Azərbaycanın qadın boksçusu Anna Əlimərdanova (51-54 kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyevaya 0:3 hesabı ilə məğlub olaraq bürünc medalla kifayətlənməli olub.

12:44

İyunun 25-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışlarının onuncu günündə yarımfinal və final görüşləri keçiriləcək.

Bu gün Azərbaycanın 4 boksçusu medallar uğrunda mübarizəyə qoşulacaq.

Günün açılış qarşılaşmasında Azərbaycan qadın boksçusu Anna Əlimərdanova (51-54kq) yarımfinal mərhələsində rusiyalı Yelena Savelyeva ilə üz-üzə gələcək.

Kişi boksçularımızdan Elvin Məmişzadə (52 kq) finala çıxmaq üçün almaniyalı rəqibi Hamza Toubaya qalib gəlməlidir.

Kollazo Sotomayor (64kq) isə yarımfinaldakı ukraynalı Viktor Petrov ilə üz-üzə gələcək.

Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov (81 kq) qızıl medal uğrunda döyüşdə Avropa çempionu italiyalı Valentino Manfredonia ilə qarşılaşacaq.

Bu gün 51-54 (qadınlar), 52, 64, 91+ (kişilər) çəki dərəcələrində yarımfinal, 48-51, 69-75 (qadınlar), 56 və 81 kiloqram çəki dərəcələrində (kişilər) isə final görüşləri keçiriləcək.

Xəbər 942 dəfə oxundu.