Badminton yarışlarının dördüncü gününə qarışıq cütlüklər arasında qrup oyunları ilə start verilib
İyunun 25-də Bakı İdman Sarayında badminton yarışlarının dördüncü gününə qarışıq cütlüklər arasında qrup oyunları ilə start verilib.

İlk oyunların nəticəsində Çexiya, Sloveniya, Yunanıstan, Malta, İsveçrə, Almaniya, Polşa və Ukrayna təmsilçiləri qalib gəliblər.

Hazırda qadınlar arasında fərdi yarışlarda səkkizdəbir final mərhələsinin görüşləri keçirilir.

Gün ərzində kişilər arasında fərdi yarışlarda səkkizdəbir final görüşləri oynanılacaq. Bundan başqa, kişi və qadın cütlüklərin yarışlarında dörddəbir final mərhələlərinin oyunları keçiriləcək.


Xəbər 1601 dəfə oxundu.