Üzgüçülər bu gün daha 9 medal dəsti uğrunda mübarizə aparırlar [YENİLƏNİB]
Azərbaycan üzgüçülərinin ilkin yarışlarda qazandıqları nəticələr məlum olub.

Yuliya Stısyuk 50 metr məsafəyə arxası üstə üzmək yarışlarında 33.05, Anton Jeltyakov və Murat Ayxan 50 metr məsafəyə brass üsulu ilə üzməkdə müvafiq olaraq 29.21 və 34.02 saniyə nəticə göstəriblər.

Qriqori Kalmınski 200 metr məsafəyə arxası üstə estafet yarışını 2:09.69, Alsu Bayramova isə 100 metr məsafəyə kəpənəkvarı üsulla estafet yarışını 1:06.20 dəqiqəyə başa vurublar.

11:33

Birinci Avropa Oyunları çərçivəsində üzgüçülük yarışlarının üçüncü gününə start verilib.

Səhər sessiyasında kişilər arasında üzgüçülüyün aşağıdakı növləri üzrə ilkin yarışlar keçiriləcək: 50 metr məsafəyə brass üsulu ilə, 200 metr məsafəyə arxası üstə və 4x200 metr sərbəst üsulla estafet. Qadınlar 50 metr məsafəyə arxası üstə, 200 və 1500 metr məsafəyə sərbəst üsulla, 100 metr məsafəyə kəpənəkvari üsulla və 4x100 metr məsafəyə qarışıq estafet növlərində yarışacaqlar.

Axşam sessiyasında qadınlar arasında 200 metr məsafəyə sərbəst üsulla və 100 metr məsafəyə kəpənəkvari üsulla, habelə kişilər arasında 200 metr məsafəyə arxası üstə üzmə yarışlarının yarımfinalları keçiriləcək.

Bundan əlavə, üzgüçülüyün aşağıdakı növlərində qaliblərin adları məlum olacaq: kişilər arasında - 200 metr məsafəyə kəpənəkvari üsulla, 100 metr məsafəyə sərbəst üsulla, 200 metr məsafəyə fərdi kompleks üsulla, 50 metr məsafəyə brass üsulu ilə, 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışları. Qadınlar arasında - 200 metr məsafəyə brass üsulu ilə, 50 metr məsafəyə arxası üstə, 1500 metr məsafəyə sərbəst üsulla və 4x100 metr məsafəyə sərbəst üsulla estafet yarışları.

Bu gün 9 medal dəsti uğrunda mübarizə aparılacaq. Həmin mübarizədə Azərbaycan nümayəndələri də iştirak edəcəklər. Yuliya Stısyuk (arxası üstə, 50 metr), Murat Ayxan, Anton Jeltyakov (hər ikisi brass üsulu ilə , 50 metr), Qriqori Kalmınski (arxası üstə, 200 metr) və Alsu Bayramova (kəpənəkvari üsulla, 100 metr).

Xəbər 1883 dəfə oxundu.