“Sumqayıt”lı futbolçu “Mançester Yunayted” klubunun Yay Futbol Məktəbində hazırlıq keçəcək
Böyük Britaniyanın “Mançester Yunayted” klubunun Yay Futbol Məktəbində hazırlıq keçməyə göndəriləcək gənc futbolçular müəyyənləşdirilib. Beş nəfərlik siyahıda “Sumqayıt” Futbol Klubu akademiyasının üzvü Cavid Fərzəliyev də yer alıb.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Bakcell” şirkətinin birgə təşkilatçılığı ilə iyunun 1-dən Bakının “Bayıl” stadionunda keçirilən “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışı başa çatıb. Toplanışın son günündə 34 uşaq arasından seçilən və İngiltərənin Mançester şəhərinə gedəcək uşaqların arasında “Sumqayıt” FK akademiyasının qapıçısı Cavid Fərzəliyev də var.

Xəbər 794 dəfə oxundu.