Hakimlərimiz Avroliqa oyunlarına təyinat aldılar
FİFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb. Hakimlərimizdən Orxan Məmmədov “Beroe Star” (Bolqarıstan) – “Atlantas” (Litva), Rəhim Həsənov isə “Dudelanj” (Lüksemburq) – UCD (İrlandiya) matçını idarə edəcək. Qeyd edək ki, hər iki oyun iyulun 9-da keçiriləcək.

9 iyul
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu

“Beroe Stara” (Bolqarıstan) – “Atlantas” (Litva)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Vaqif Musayev, Ramil Əhmədov

“Dudelanj” (Lüksemburq) – UCD (İrlandiya)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Rza Məmmədov, Əliyar Ağayev

Xəbər 809 dəfə oxundu.