Bu gün üzgüçülər səkkiz dəst medal uğrunda yarışacaqlar
Birinci Avropa Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

Bugünkü yarışların səhər sessiyasında kişilər 100 və 1500 metr məsafəyə sərbəst, 200 metr məsafəyə kəpənək və 200 metr fərdi kompleks üsulla üzməkdə yarışacaqlar. Qadınlar 400 metr məsafəyə sərbəst, 200 metr məsafəyə brass üsul ilə üzəcəklər. Həmçinin sərbəst üsulla 4x100 metr məsafəyə üzməkdə qarışıq estafet yarışları keçiriləcək.

Axşam sessiyasında kişilər arasında 100 metr məsafəyə sərbəst, 200 metr məsafəyə fərdi kompleks, 200 metr məsafəyə kəpənək, qadınlar arasında isə 200 metr məsafəyə brass üsulu ilə üzmək yarışlarının finalçıları seçiləcək.

Bununla yanaşı, kişilər arasında 100 metr məsafəyə arxası üstə, 200 metr məsafəyə brass, 1500 metr məsafəyə sərbəst üsulla, qadınlar arasında 100 və 400 metr məsafəyə sərbəst, 200 metr məsafəyə kəpənək üsulu ilə, 200 metr məsafəyə arxası üstə üzmək yarışlarının qalibləri məlum olacaq.

Həmçinin sərbəst üsulla 4x100 qarışıq estafet yarışlarının medalçıları müəyyənləşəcək.

Ümumilikdə, bu gün 8 dəst medal sahiblərini tapacaq. Azərbaycanı Kamran Cəfərov və Dorian Fazekas təmsil edəcəklər. Onlar 100 metr, habelə 4x100 metr məsafəyə sərbəst üsulla üzməkdə qarışıq estafet yarışlarında qüvvələrini sınayacaqlar.

Xəbər 1974 dəfə oxundu.