Cekson Martines:"Milana minnətdaram , amma mən Atletikonu seçdim"
Portonun futbolçusu Cekson Martinesin agenti müştərisinin karyerasını Atletikoda davam etdirəcəyini təsdiqləyib.

«Milana və Adriano Qallianiyə təşəkkür edirik.

Lakin Cekson Atletiko variantını daha yaxşı saydı.Burada pul əsas məsələ deyildi.
Artıq keçid rəsmiləşib. Buna görə də artıq danışa bilirəm. Müqavilə 4 illiyinə imzalanıb. Atletiko müqavilədə yazılmış məbləği ödəməyə razılıq verib», – deyə kolumbiyalı futbolçunun agenti Luis Enrike Pompeo bildirib.

Xəbər 710 dəfə oxundu.