Bakı İdman Sarayında badminton yarışları davam edir
Bakı İdman Sarayında qadınlar və kişilər arasında badminton üzrə fərdi və qrup yarışları davam edir.

Bu gün qrup mərhələsi çərçivəsində idmançımız Kənan Rzayev üçüncü görüşünü İtaliya təmsilçisi Rosario Maddaloniyə qarşı keçirəcək.

Xatırladaq ki, badmintonçumuz ikinci görüşdə maltalı Samuel Kalini 21:16 və 21:12 hesabı ilə məğlubiyyətə uğradıb.

Xəbər 1428 dəfə oxundu.