Qadınlar arasında 3x3 basketbol yarışının ilk görüşləri keçirilib [YENİLƏNİB]

“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində iyunun 23-də Avropa Oyunları Parkında kişilər və qadınlar arasında 3x3 basketbol yarışı başlayıb.

Kişi və qadın komandaların dörd qrupda mübarizə apardığı yarışlarda yığmalar Oyunların qızıl medallarını qazanmağa çalışacaqlar.

“D” qrupunda mübarizə aparacaq kişilərdən ibarət Azərbaycan yığmasının rəqibləri Andorra, Çexiya və İsveçrə komandalarıdır. “A” qrupunda yarışan qadınlardan ibarət millimizin rəqibləri isə Niderland, İsveçrə və Yunanıstan yığmalarıdır.

“D” qrupunda yarışların ilk günündə Andorra-İsveçrə, Azərbaycan-Çexiya və Azərbaycan-İsveçrə qarşılaşmaları keçiriləcək.

Qadınların yarışlarında isə “A” qrupunda Niderland- Yunanıstan, Azərbaycan-İsveçrə, Yunanıstan-İsveçrə görüşləri oynanılacaq.

Ümumilikdə 32 komandanın mübarizə aparacağı və dörd gün davam edəcək 3x3 basketbol yarışlarında qaliblər iyunun 26-da müəyyənləşəcək.

Xəbər 831 dəfə oxundu.