Voytsex Valkeviç: Respublika Velotreki Avropanın ən yaxşı idman obyektlərindəndir
"Azərbaycanda velosiped idmanının inkişafına hər cür şərait yaradılıb". Bu sözləri Avropa Velosipedçilər Birliyinin fəxri prezidenti Voytsex Valkeviç müsahibəsində söyləyib. Onun sözlərinə görə, Bakıdakı Respublika Velotreki Avropada idmanın bu növü üzrə ən yaxşı idman obyektidir.

"Mən Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı səmimi qəlbdən təbrik edirəm. Yarışlar yüksək səviyyədə keçirilir. Təşkilatçılar peşəkarlıq və öhdəliklərin yerinə yetirilməsinə məsuliyyətli yanaşma nümayiş etdiriblər".

O, həmçinin bildirib ki, birinci dəfə Bakıda 1976-cı ildə olub. Azərbaycanın paytaxtı çox dəyişib, şəhər xeyli gözəlləşib. V.Valkeviç deyib: “Gördüklərim məni məftun etdi”.

Azərbaycanda velosiped idmanının inkişafından söz açan V.Valkeviç qeyd edib ki, böyük yarışlarda qələbə qazanmaq üçün velosiped idmanını hələ 5-7 il müvəffəqiyyətlə inkişaf etdirmək lazımdır. Avropa Velosipedçilər Birliyinin fəxri prezidenti deyib: “Ölkə rəhbərliyinin idmanın bu növünə bu cür diqqət göstərməsi sayəsində Azərbaycan idmançılarının qələbə qazanacaqları gün uzaqda deyil”.

AZƏRTAC

Xəbər 743 dəfə oxundu.