U-17-nin ikinci qələbəsi
Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu bu gün keçirib.

U-17-nin ikinci qələbəsi
Yığmamız “Astana Arena”da Rusiya-2 komandası ilə qarşılaşıb. Qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolu Doğukan Öksüz vurub.

Xatırladaq ki, futbolçularımız turnirdə iyunun 22-də keçirdiyi ilk oyununda Belarus komandasına 3:1 hesabı ilə qalib gəlmişdi.

Qrup mərhələsinin son oyununda yığmamız Gürcüstan komandası ilə qarşılaşacaq. İyunun 25-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.

Xəbər 715 dəfə oxundu.