AZAL iki təcrübəli futbolçu ilə danışıq aparır
Daha iki futbolçumuz Türkiyədən ayrılataq Bakıya qayıdıb. Rail Məlikov “Dənislispor”la, Cəmşid Məhərrəmov isə “Adanaspor”la yollarını ayırıb.

Əldə etdiyimiz məlumata görə, hər iki futbolçu AZAL-a keçə bilər. Bu klubdan bu futbolçulara təklif gəlib. Amma “təyyarəçilər”in maddi durumu Raillə Cəmşidə qəti qərar verməyə imkan vermir. Bununla belə, hər iki futbolçu ayın sonuna kimi qəti qərarlarını verəcəklər.

Xəbər 728 dəfə oxundu.