"Kəpəz" Bakıda 3 yoxlama oyunu keçirəcək
“Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha üç rəqibin adına aydınlıq gəlib. İyulun 1-dən 10-na kimi Bakıda təlim-məşq toplanışı keçirəcək komanda ölkə paytaxtında üç sınaq oyununda meydana çıxacaq. Gəncə təmsilçisinin ilk rəqibi “Sumqayıt” olacaq. Bu rəqiblə görüş iyulun 4-nə planlaşdırlıb. Matç saat 18:00-da başlayacaq.

Ayın 7-də “Kəpəz” AZAL-la oynayacaq. Bu oyunun da başlama saatı eynidir. Komanda son yoxlama görüşünü iyulun 10-da keçirəcək. “Sarı-göylər”in rəqibi 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq. Qarşılaşmanın start fiti saat 11:00-da veriləcək. Hər üç oyun “Dalğa Arena”da keçiriləcək.

Xəbər 764 dəfə oxundu.