Azərbaycan badmintonçusu ilk qələbəsini qazanıb [YENİLƏNİB]
Kişilərin fərdi yarışlarında Azərbaycan badmintonçusu ilk qələbəsini qazanıb. "B" qrupunda mübarizə aparan Kənan Rzayev maltalı Samuel Kalini 21:16 və 21:12 hesabı ilə məğlub edib. Qrup mərhələsi çərçivəsində idmançımız növbəti görüşünü iyunun 24-də İtaliya təmsilçisi Rosario Maddaloniyə qarşı keçirəcək.

10:47

Bakı İdman Sarayında qadınlar və kişilər arasında badminton üzrə qrup və fərdi yarışlar davam edir.

Bu gün kişilər arasında fərdi yarışlarda "B" qrupunda mübarizə aparan badmintonçumuz Kənan Rzayev maltalı Samuel Kali ilə üz-üzə gələcək. Həmçinin kişi və qadın cütlüklər, qarışıq cütlüklərin yarışında qrup mərhələsinin görüşləri təşkil olunacaq.

Xəbər 1627 dəfə oxundu.