Tayfur Əliyev: Çempion olmaq üçün əlimdən gələni edəcəyəm
Keçən dəfə rumıniyalı Nikolae Andreiana ilə döyüşümdən xoşum gəlmədi. Səhvlərim çox olmuşdu. Lakin sonra həmin döyüşü izləmək imkanım oldu. Səhvlərim üzərində çalışdım və bugünkü rəqibim danimarkalı Frederik Jensenlə döyüşdə təkrarlamadım. Nəticədə mən bu gün qalib gəldim. Növbəti döyüşə daha yaxşı hazırlaşacağam.

Birinci Avropa Oyunlarının boks yarışlarında Azərbaycanı ilk medalla təmin edən təmsilçimiz Tayfur Əliyev deyib.

Qitə birinciliyinin gümüş mükafatçısı finala vəsiqə qazanacağına da ümid edir: "Özümə inanıram. Çətin olsa da, bu yarışda çempion adı qazana bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm".

AZƏRTAC

Xəbər 831 dəfə oxundu.