"Bakı-2015": Millimiz qrup sonuncusu oldu | |
"Bakı-2015" I Avropa Oyunlarında kişi voleybolçulardan ibarət yığmaların qrup mərhələ oyunlarına yekun vurulub. A qrupunda yer alan Azərbaycan millisi son matçına çıxıb. Komandamız Türkiyə ilə qarşılaşıb. Keçirdiyi 4 oyunun hamısında uduzaraq qrupda qalan millimiz üçün bu görüş formal xarakter daşıyırdı. Bu matçdan da məğlub ayrılan yığmamız qrup mərhələsini son pilləsində başa vurub. Qeyd edək ki, A qrupundan 1/4 finala vəsiqə qazanan komandalar artıq müəyyənləşib. Bunlar Polşa, Fransa, Serbiya və Türkiyə yığmalarıdır. 22 iyun A qrupu Polşa – Finlandiya - 3:0 (25:21, 25:20, 25:10) 16:30. Fransa – Serbiya - 3:2 (21:25, 17:25, 25:23, 25:18, 15:11) 20:00. Türkiyə - Azərbaycan - 3:2 (25:18, 25:17, 22:25, 21:25, 20:18) |
|
Xəbər 721 dəfə oxundu. |
|
|