“Qarabağ” futbol klubu Çempionlar Liqası yarışlarında Monteneqronun “Rudar” komandası ilə qarşılaşacaq
İyunun 22-də İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqası yarışlarının 2015/2016-cı il mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib. Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən Ağdamın “Qarabağ” klubunun da rəqibi müəyyənləşib.

Son ölkə çempionu və kubokun qalibi olan “Qarabağ” Çempionlar Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu mərhələdə Monteneqronun “Rudar” klubu ilə üz-üzə gələcək.

Bu mərhələnin ilk oyunları iyulun 14-15-də, cavab görüşləri isə iyulun 21-22-də keçiriləcək.

Xəbər 1033 dəfə oxundu.