U-17 turnirə qələbə ilə başlayıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində keçirdiyi ilk oyunda qələbə qazanıb. Belarus komandası ilə qarşılaşan yığmamız 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın qollarını Pilağa Mehdiyev, Elçin Əsədov və Metin Güler vurub.

Futbolçularımız turnirdə növbəti oyununu sabah - iyunun 23-də, Bakı vaxtı ilə saat 12:00-da, Rusiya-2 yığmasına qarşı keçirəcək.

Xəbər 797 dəfə oxundu.