Bakı “İnter”i Almaniya çempionu ilə görüşəcək
Antalyada hazırlığını davam etdirən Bakı “İnter”i bu gün ilk sınaq matçına çıxacaq. İdman.com.az saytının xəbərinə görə, “bankçılar”ın rəqibi Almaniyanın II Bundesliqa təmsilçisi “Karlsrue” klubu olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Xatırladaq ki, norveçli mütəxəssis Yorn Andersinin rəhbərlik etdiyi komanda 1909-cu ildə Almaniya çempionu, 1955-1956-cı illərdə ölkə kubokunun sahibi, 1996-cı ildə İntertoto kubokunun qalibi və 1995-ci ildə İntertoto turnirinin finalçısı olub.

Xəbər 1053 dəfə oxundu.