"İnter" 3 transferi rəsmiləşdirdi
Ölkəmizi Avropa Liqasında təmsil edəcək Bakının "İnter" klubu maliyyə vəziyyətinin pis olmasına baxmayaraq heyətini gücləndirməkdə davam edir. Klubun mətbuat xidmətindən daha üç futbolçunun transferi gerçəkləşib.

AZAL-ın müdafiəçisi Laşa Kasradze və Gürcüstanın “Dila” klubunun yarımmüdafiəçi Nika Kvekveskiri ilə bir illik müqavilə imzalanıb. AZAL-ın digər müdafiəçisi Xuan Fransisko da karyerasını "İnter"də davam etdirəcək. Onunla 6 aylıq müqavilə bağlanıb.

Qeyd edək ki, paytaxt klubu daha öncə Mirhüseyn Seyidov və Yuri Fomenkonu trasnfer edib.

Xəbər 769 dəfə oxundu.