Bakı-2015: Qadın boksçumuz mübarizəni dayandırdı
Qadınlar
51 kq
Qadın boksçularımız arasında rinqə ilk olaraq Anaxanım Ağayeva çıxıb. Gənc idmançımız 1/8 finalda qitə çempionatının ikincisi olmuş təcrübəli Sandra Drabiklə (Polşa) döyüşüb. Qarşılaşma boksçumuz üçün uğurlu alınmayıb və rəqib 3:0 (40:36; 40:36; 40:36) hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

Xəbər 863 dəfə oxundu.