“Lokomotiv” Serbiya klubunu Bakıya gətirir
Bakının qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu “Çelenc Cup”ın 1/8 final mərhələsində Serbiya komandasına rəqib olub. İdman.com.az saytı xəbər verir ki, “dəmiryolçular”bu etapda “Vizura” klubu ilə görüşəcək.
Sözü gedən mərhələsinin ilk oyunu 31 yanvar – 2 fevralda Bakıda, cavab matçı isə bir həftə sonra Serbiyada baş tutacaq.

Xəbər 1271 dəfə oxundu.