Bakı-2015: Boksçumuz ilk görüşündə qələbə qazandı
"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir. Yarışların növbəti günündə iki idmançımız mübarizəyə qoşulacaq.

64 kq

Bu çəki dərəcəsində mübarizə aparacaq təmsilçimiz Collazo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçlə üz-üzə gələcək. Görüşün startı 18:15-ə nəzərdə tutulub.

81 kq

Digər təmsilçimiz Teymur Məmmədov 1/16 finalda Böyük Britaniyadan Joşua Buatsi ilə münasibətlərinə aydınlıq gətirib. Hər üç raundda rəqibinə qalib gələn (3:0) Teymur 1/8 finala yüksəlib. O, bu mərhələdə Yordan Kulinski (Polşa) - Nikol Arutyunov (Ermənistan) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər 818 dəfə oxundu.