Azərbaycan boksçuları Bakı-2015-də mübarizəyə başlayır
Bu gün Avropa Oyunlarında Azərbaycan boksçuları mübarizəyə qoşulacaq. 81 kq çəki dərəcəsində mübarizə aparan Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov ilk görüşdə saat 13:45-də Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə üz-üzə gələcək.

Lorenzo Sotomayor isə (64 kq) saat 18.15-də Sloveniya boksçusu Edin Sejdinoviçlə üz-üzə gələcək.

Qeyd edək ki, boks yarışları "Cristall Hall"da keçirilir.

Xəbər 777 dəfə oxundu.