Güləşçimiz Hacı Əliyev dörddəbir finala gedən yolda ermənistanlı güləşçini məğlub edib
Avropa və dünya çempionumuz Hacı Əliyev birinci Avropa Oyunlarına parlaq qələbə ilə başlayıb.

Ermənistanlı Valodya Franqulyanı məğlub edən Hacı Əliyev dörddəbir final mərhələsinə adlayıb. Ermənistan idmançısı heç də zəif rəqib deyil. O, 23 yaşadək güləşçilər arasında Avropa çempionu və yeniyetmələr arasında dünya çempionatının bürünc mükafatçısıdır. Bu, Hacı Əliyevin qələbəsinin əhəmiyyətini daha da artırır.

Güləşçimizin növbəti rəqibi Slovakiya təmsilçisi Mykola Bolotnjuk olacaq.

Xəbər 849 dəfə oxundu.