Birinci Avropa Oyunlarının atıcılıq yarışlarının üçüncü günündə yarışlara start verilib
İyunun 18-də Bakı Atıcılıq Mərkəzində birinci Avropa Oyunlarının atıcılıq yarışlarının üçüncü gününə start verilib.

Yarışın üçüncü günündə qarışıq komandaların səngər stendi, kişilər arasında 50 metr məsafədən uzanaraq tüfəng ilə atəşaçma üzrə mübarizə aparılır.

Qarışıq komandaların səngər stendi yarışında Azərbaycanı Elvin İsmayılov və Alina Rafiqxanova təmsil edirlər.

AZƏRTAC

Xəbər 904 dəfə oxundu.