"Sumqayıt" Elnur Abdullayevi transfer edə bilər
"Sumqayıt" Elnur Abdullayevi transfer edə bilər. Bu haqda məlumatı Sumqayıt klubunun meneceri Ceyhun Soltanov deyib.

Lakin mətbuatda yazıldığı kimi, bu keçidi heç də rəsmləşmiş saymaq olmaz: "Hələ məsələ rəsmləşməyib. Futbolçu ilə danışığımız olub və Elnur özü də "Sumqayıt"da oynamaq istəyir. Amma bir məsələ var ki, futbolçunun "Simurq"la müqaviləsi var. Əgər azad afent vərəqini ala bilsə müqavilə bağlayacağıq. Yox, əgər "Simurq" klubu bizdən təzminat istəsə verməyəcəyik"

Xəbər 924 dəfə oxundu.