Azərbaycan və İtaliya voleybolçuları qarşılaşırlar
Növbəti görüşdə “B” qrupunda çıxış edən Serbiya millisi Bolqarıstan yığması üzərində 3:0 (27:25, 25:12 və 25:18) hesabı ilə qələbə qazanıb.

Hazırda Azərbaycan və İtaliya voleybolçuları qarşılaşırlar.

İyunun 17-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının voleybol yarışında qadın idmançıların mübarizəsi davam edir.

Günün ilk oyunu Almaniya və Niderland voleybolçuları arasında keçirilib. Almanlar hər üç setdə də qalib gəliblər (25:13, 25:23 və 25:22).

Digər oyunda isə “A” qrupunda çıxış edən Polşa və Rumıniya idmançıları üz-üzə gəliblər. Yarışın favoritlərindən sayılan polşalı voleybolçular rəqiblərinə heç bir şans verməyiblər – 3:0 (25:23, 25:15 və 25:17).

AZƏRTAC

Xəbər 828 dəfə oxundu.