Anastasiya Davıdova: Birinci Avropa Oyunlarını belə yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana yalnız təşəkkür etmək lazımdır
Birinci Avropa Oyunlarını bu qədər yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür etmək lazımdır.

Bu sözləri Rusiyanın tanınmış idmançısı, beşqat Olimpiya çempionu, hazırda Rusiya Olimpiya Komitəsinin baş katibi Anastasiya Davıdova Rusiyanın “Komsomolskaya Pravda” qəzetinə müsahibədə qeyd edib.

Avropa Oyunlarının ciddi gələcəyinin olacağına inandığını bildirən baş katib vurğulayıb ki, Avropada ümumqitə yarışları çoxdan keçirilməli idi. Başqa sahələrdə olduğu kimi bu məsələdə Azərbaycan birinci oldu. Buna görə Azərbaycan rəhbərliyinə, Oyunların təşkilat komitəsinə, idmançılara yaradılan şəraitə görə yalnız “Çox sağ olun” deyirəm. Azərbaycan Avropa Oyunlarının yüksək standartlarını müəyyən etdi.

“Biz hər addımda təşkilatçıların qayğı və diqqətini hiss edirik. Birinci Avropa Oyunlarının təşkilatçılığı çox yüksək səviyyədədir. İkinci Avropa Oyunlarını keçirməyi öz üzərinə götürəcək ölkə üçün bu səviyyədə Oyunlar keçirmək o qədər də asan olmayacaq”, - deyə A.Davıdova əlavə edib.

Xəbər 851 dəfə oxundu.